Bu gün:


FutbolPress.Az | Mirkamil Rəhimov: "Foqts futbolumuzu 7 il geri saldı"

Mirkamil Rəhimov: "Foqts futbolumuzu 7 il geri saldı"


oxunma sayı: 1163 Paylaş:

FutbolPressMillinin İtaliya səfərindən məğlub ayrılmağı (2:1), Xorvatiyadakı faciəvi məğlubiyyət (6:0) ictimaiyyəti toparlayıb. 

Tәqsirkar(lar)ın böyük әsәb vә ehtirasla üzә çıxarılmağı tәlәb olunur. Hәdәfә ilk olaraq Foqtsun düşmәsi dә özünü oyunsonrası mәtbuat konfransında sübut elәdi. Onunla yolların ayrılmasında İcraiyyә Komitәsinin nәzәri tәsiri barәdә dәfәlәrlә bildirmişik. Hәr halda bundan әvvәl İsgәndәn Cavadovun, indiysә komitәnin 10 üzvündәn biri olan Mirkamil Rәhimovun mövqeyi ilә tanış olaq:

"AFFA rәhbәrliyi futbolun inkişafı üçün lazım olan hәr şәraiti yaradır - millinin toplanışları, futbolçuların maddi rifahı, mәşqçilәrin hәr istәyi hәll olunur, bәs nәticә niyә yoxdu? Bunun mәsuliyyәti birbaşa Foqtsdadı. O, futbolumuzu 7 il geri saldı. Komandanı formalaşdıran odu, çıxsın biabırçı nәticәyә görә İcraiyyә Komitәsi qarşısında izahat versin. Gah çempionatın reqlamentindәn şikayәtlәnir, gah toplanış müddәtindәn narazıdı, gah klublarımızdan narazıdı - bәs bu biabırçı nәticәlәr görә öz mәsuliyyәtini dәrk elәyirmi?! Mәn komitә üzvü kimi o vaxt Foqtsun müqavilә müddәti bitәndә israrla müqavilәnin yenilәnmәsini istәmişdim, bu dәfә isә durum göz qabağındadı vә mәncә, mövqeyim dә bәllidi".


oxunma sayı: 1163 | Paylaş: