“İnter”in hücumçusu mövsümün ən yaxşısı seçildi

“İnter”in hücumçusu Lautaro Martinez İtaliyada mövsümün ən yaxşısı seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Argentinalı bu mövsüm 44 matçda 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“İnter” bu mövsüm A Seriyasında çempion olub.