Ederson üçün iki klub hərəkətə keçdi

“Mançester Siti”nin qapıçısı Ederson Moraes karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl Nəsr” və “Əl İttihad” qapıçının xidmətində maraqlıdır.

Qeyd olunub ki, İngiltərə klubu 50 milyon avro qarşılığında Edersonu satacaq.

Braziliyalı 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir və onun komanda ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.