Qvardiola ilə bağlı qərar verildi

“Mançester Siti”də baş məşqçi Xosep Qvardiola haqda qərar verilib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” ispan mütəxəssislə müqaviləni uzatmaq istəyir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qvardiolanın klubla sözləşməsi 2025-ci ilin yayına kimidir. “Mançester Siti” onunla uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

Komanda mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasında 2023/24 mövsümünün qalibi olub.