Bombardir – Mbappe!

PSJ Fransa Kubokunun finalında “Lion”u məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, turnirin bombardiri isə parislilərin hücumçusu Kilian Mappe olub.

Fransalı hücumçu kubokda 6 oyunda 8 qol vurub.

“Lion”la matç həm də Mbappenin PSJ-dəki son oyunu olub. Forvard klubu azad agent kimi tərk edəcək.