“Neftçi” şansını itirdi, “Sabah” Konfrans Liqasında

“Neftçi” Azərbaycan Premyer Liqasının XXXVI turunda bu gün “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, sonuncu turun mərkəzi oyununa saat 19:00-da start veriləcək.

“Neftçi” görüşdə qələbə qazansa, mövsümü ikinci sırada başa vuracaq və avrokuboklara vəsiqə əldə edəcək. Heç-heçə də “ağ-qaralar” üçün sərfəli ola bilər. Bunun üçünsə “Sumqayıt” və “Zirə”nin xal itirməsi lazımdır.

“Sabah” isə avrokuboklar üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası
XXXVI tur

25 may

19:00 Neftçi – Sabah 0:1
Qırmızı vərəqə: D.Valdez (Neftçi) – K.Paris, C.İrasabal
Qol: Namiq Ələskərov, 86
Baş hakim: Əliyar Ağayev
“Neftçi Arena”

Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 23. Ataa Caber, 99. Ervin Koffi 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev
26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

“Sabah”: 1.Yusif İmanov10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 24. Maruan Hadud, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasaba
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullim, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 44. Sofian Çakla, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç