“Mançester Yunayted” kubok qazandı

İngiltərə Federasiya Kubokunda final oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəliblər. Matç “qırmızı şeytanlar”ın qələbəsiylə başa çatıb – 2:1.

“Mançester Yunayted” tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.