Tanınmış futbolçu karyerasını bitirir

“Fənərbağça”nın futbolçusu Leonardo Bonuççi karyerasını bitirir.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, Super Liqada “İstanbulspor”la matçın futbolçu kimi son oyunu olacağını deyib.

Bonuççi mövsümün əvvəlində yanvarda “Yunion”dan “Fənərbağça”ya keçib. O, Super Liqada 7 oyunda meydana çıxıb.

İtaliyalı futbolçu daha əvvəl ölkəsində “İnter”, “Pisa”, “Cenoa”, “Bari”, “Yuventus” və “Milan”da forma geyinib.