Premyer Liqada mövsümə “sülh”lə yekun vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – XXXVI turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Turan Tovuz” azarkeşləri önündə “Kəpəz”i minimal hesabla məğlub edib.

Çempion “Qarabağ” “Araz-Naxçıvan”la heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
XXXVI tur

26 may

17:00 Turan Tovuz – Kəpəz 1:0
Qol: Oto Con, 74
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k)
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 79. İlkin İsgəndərli, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 22. Rüfət Əhmədov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov

19:30 Araz-Naxçıvan – Qarabağ 2:2
Qollar: Elvis Maşike, 4, Abdulla Rzayev, 58 – Juninyo, 28, Vadim Abdullayev, 31 (avtoqol)
Baş hakim: Əkbər Əhmədov
“Azərsun Arena”

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui
Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov