Premyer Liqada son tur həyacanı (YENİLƏNİR)

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu – XXXVI turunun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, avrokuboklar uğrunda mübarizə aparan komandaların görüşləri eyni saatda olacaq.

Turun mərkəzi görüşündə “Neftçi” azarkeşləri önündə “Sabah”ı qəbul edəcək. Qələbə qazanan tərəf avrokuboklara vəsiqəni əldə edəcək.

“Zirə” sonuncu oyunda “Səbail”lə üz-üzə gələcək. “Sumqayıt” isə “Qəbələ”nin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası
XXXVI tur

25 may

“Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00

“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Neftçi Arena”, 19:00

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00