Azərbaycan cüdoçuları ilk gündə üç medal qazandı

25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarısın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.
Oğlanlar arasında -60 kq. çəkidə Nihad Rəhimov gümüş medal qazanıb, Özqan Quliyev 7-ci yerə çıxıb. -66 kq. çəkidə Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.
Qızlar arasında -52 kq. çəkidə Aysun Məmmədova 5-ci yerə çıxıb.