Azərbaycan millisi Malaqada toplanış keçir

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 20-22 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Futbolpress.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 12 idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.