APL-dən avrokuboklara – kim, hardan başlayacaq?

2024/2025 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar məlum olub.

Premyer Liqanın qalibi “Qarabağ” mübarizəyə Çempionlar Liqasından qoşulacaq. “Atlılar” “Real”ın turniri qazanması ilə II təsnifat mərhələsindən başlaya bilər. Madridlilər finalda Dortmund “Borussiya”sına məğlub olsa, “Qarabağ” da ÇL-in I təsnifatından başlayacaq.

Turnir cədvəlini ikinci sırada bitirən “Zirə” Avropa Liqasına yollanacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

“Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında qüvvələrini sınayacaqlar. Hər iki komanda yarışa II təsnifat mərhələsindən başlayacaq.