“Qəbələ”də itkilər

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXVI turunun “Sumqaylt”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Futbolpress.az xəbər verir ki, Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.