Avroliqada mövsümün ən yaxşı oyunçusu açıqlandı

Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Marsel”in hücumçusu Pyer-Emerik Obameyanqdır.

Qabonlu forvard turnirdə 13 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib. O, eyni zamanda Avroliqanın bombardiri olub, qol+ötürmə sayında ən yüksək nəticəni göstərib.

“Marsel” mübarizəni yarımfinalda sonrakı çempion “Atalanta”ya uduzaraq dayandırıb.