Avropa Liqasının bombardiri bilindi

Avropa Liqasında 2023/2024 mövsümünün bombardiri məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Marsel”in hücumçusu Pyer-Emerik Obameyanqdır.

Qabonlu forvard 10 qolla yarışın bombardiri adını qazanıb. İkinci sırada isə “Roma”nın hücumçusu Romelu Lukaku qərarlaşıb – 7 qol.

“Marsel” Avroliqada mübarizəni yarımfinalda dayandırıb. Fransızlar sonra çempion olacaq “Atalanta”ya uduzub.