“Atalanta” Avropa Liqasının qalibi oldu

Bu gün UEFA Avropa Liqasının qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici oyunda Almaniyanın “Bayer” və İtaliyanın “Atalanta” komandaları üz-üzə gəlib. İrlandiyanın paytaxtı Dublində yerləşən “Dublin Arena”da baş tutan görüşdə italyanlar qələbə qazanıb – 3:0.

Avropa Liqası
Final

22 may

Atalanta (İtaliya) – Bayer (Almaniya) 3:0
Qollar: A.Lukman, 12, 26, 75
Baş hakim: İştvan Kovaç (Rumıniya)
“Dublin Arena”, İrlandiya.