“Napoli”də baş məşqçi postuna üç namizəd

“Napoli”də baş məşqçi Françesko Kaltsona ilə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin işindən narazıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Kaltsonanın yerinə üç namizəd var. Bunlar Antonio Konte, Can Pyero Qasperini və Stefano Piolidir. Konte və Pioli işsizdir, Qasperini isə “Atalanta”ya rəhbərlik edib.

“Napoli”nin prezidenti Aurelio De Laurentis yaxın zamanda məşqçi seçimini edəcək.

Neapol təmsilçisi A Seriyasında 37 turdan sonra 52 xalla 10-cu sıradadır.