De Zerbi “Çelsi”ni çalışdıra bilər

Roberto De Zerbi “Çelsi”yə rəhbərlik edə bilər.

Futbolpress.az “The Telegraph”a istinadən xəbər verir ki, “Brayton”dan ayrılan mütəxəssislə “Çelsi” rəhbərliyi arasında danışıqlar gedir.

“Çelsi” mayın 21-də Maurisio Poçettino ilə yolların ayrılacağını açıqlamışdı.

London klubu mövsümü 63 xalla 6-cı tamamlayıb.

De Zerbinin həmçinin “Bavariya” və “Mançester Yunayted”lə də danışıqlar apardığına dair iddialar var.