Dünya çempionu: “Bu, son deyil”

“4 qat dünya çempionu olmaq mənim üçün qürurverici bir hissdir”.

Futbolpress.az xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qaçış üzrə 100 metr və 400 metr məsafə yarışında iki qızıl medal Lamiyə Vəliyeva deyib:

“Mənə dəstək olanlara minnətdarlığımı bildirirəm. 4 qat dünya çempionu olmaq mənim üçün qürurverici bir hissdir. Dünya çempionatına çox güclü hazırlaşmışdım. Bu, son deyil. Parisdəki Paralimpiya Oyunlarına daha güclü hazırlaşacağam. Orada da Vətənimi layiqincə təmsil edəcəyəm”.