Ten Haq qovulacaq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun filan matçındakı nəticədən asılı olmayaraq qovulacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Ölkə kubokunun finalı bu gün saat 18:00-da baş tutacaq. “Qırmızı şeytanlar” həlledici görüşdə “Mançester Siti” ilə qarşılaşacaqlar.

“Mançester Yunayted” bu mövsümü Premyer Liqada 8-ci tamamlayıb.

Onun İngiltərə klubu ilə 2025-ci ilin yayına kimi müqaviləsi var.