“Fənərbağça” ikinci oldu, Renatın komandası elitada qaldı

Türkiyə Super Liqasında sonuncu – 38-ci tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günü bir matç keçirilib.

“Alanyaspor” son ev oyununda “Antalyaspor”u qəbul edib. Matç “sülh”lə başa çatıb. “Karagümrük” və “Sivasspor” mövsümü qələbə ilə başa vurub.

“Qalatasaray” səfərdə “Konyaspor”a qalib gələrək, çempionluğunu rəsmiləşdirib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” “Başakşəhər”ə darmadağın olub. Şahruddin bu görüşdə iştirak etməyib.

Millinin hücumçusu Renat Dadaşovlu “Hatayspor” isə “Rizespor”a qalib gəlib.

Super Liqa
XXXVIII tur
24 may

Alanyaspor – Antalyaspor 1:1
Qollar: J.Vanq, 75 – A.Buksa, 80.

25 may
Karagümrük – Samsunspor 3:1
Qollar: Markao, 42. R.Mendes, 50. G.Yalçın, 90+2. – S.Aydoğdu, 57. Y.Çift, 72.

Sivasspor – Kayserispor 2:1
Qollar: F.Koita, 9. M.Saktas, 74. C.Attamah, 24.

26 may

Fənərbağça – İstanbulspor 6:0
Qollar: E.Dzeko, 8 (pen.), S.Şimanski, 15, D.Tadiç, 35, B.Samuel, 66, S.Dursun, 76, C.Kinq, 78

Konyaspor – Qalatasaray 1:3
Qollar: L.Prip, 78 – M.İkardi, 27, 51, B.Kutlu, 53

Pendikspor – Qaziantep 0:1
Qol: O.Özçiçek, 33

Adana Demirspor – Başakşəhər 2:6
Qollar: T.Aydoğan, 37 (pen.), S.Mendosa, 88 – K.Pyontek, 5, 13, 68 (pen.) B.Özcan, 40, Davidson, 44, C.Fiqueyredo, 90+1

Kasımpaşa – Beşiktaş 2:1
Qollar: N.Da Kosta, 4, Y.Özcan, 61 – S.Kılıçsoy, 87

Trabzonspor – Ankaragücü 4:2
Qollar: E.Visça, 63, E.Destan, 87, 90, 90+7 (pen.) – A.Çatzigiovanis, 25, A.Sove, 78

Hatayspor – Rizespor 2:0
Qollar: Dele-Başiru, 4, K.Strandberq, 57