Bu gün:


FutbolPress.Az | Dörd komandaya texniki məğlubiyyət verildi

Dörd komandaya texniki məğlubiyyət verildi


oxunma sayı: 30 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Gənclər Liqasında “Sumqayıt” – “Səbail” matçının 90+2-ci dəqiqəsində “Səbail”in futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “İnter” – “Səbail” matçının 35-ci dəqiqəsində “İnter”in futbolçusu Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Neftçi” İK İB – “Neftçi” PFK matçının 36-cı dəqiqəsində “Neftçi” İK İB klubunun baş məşqiçisi Rafael Əmirbəyov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasında “Sumqayıt” – “Səbail” matçının 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu İlkin İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Gəncə” TİM – TİM (Gəncə) matçının 43-cü dəqiqəsində TİM (Gəncə) klubunun futbolçusu Nahid Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında UGİM (Tovuz) – “Qartal” (Tovuz) matçında “Qartal” komandasanın heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Göyçə” (Bakı) - “Sunami” (Sumqayıt) matçında “Göyçə” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qızlar arasında keçirilən Yüksək Liqanın “Zaqatala”– “Fidan” matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 qızlar Liqasında “Əhmədli Yunayted”– “Fidan” matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


oxunma sayı: 30 | Paylaş: