Azərbaycanlı gimnast Dünya Kubokunda iştirak edəcək

Azərbaycanlı bədii gimnast İlona Zeynalova “Challenge” seriyasına aid Dünya kubokunda iştirak edəcək.

Futbolpress.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zeynalova məşqçi Aleksandra Reyşin rəhbərliyi altında mübarizə aparacaq.

Həmçinin turnirdə Azərbaycanı hakim kimi Yevgeniya Vilyayeva təmsil edəcək.

Dünya Kuboku 10-12 may tarixində baş tutacaq.