“Real”ın baş məşqçisi Karlo Ançelotti sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bavariya”ya qarşı keçirəcəkləri matçda “çərçivəni” kimə etibar edəcəyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Luninə güvənəcək:
“Tibo Kurtua “Kadis”lə oyunda yaxşı çıxış etdi. Lakin o hələ də formasını tam şəkildə bərpa etməyib. Sabah Lunin qapını qoruyacaq”.
Komandalar arasında keçirilən ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 2:2.