Oblaka Premyer Liqa klubundan təklif

“Atletiko” qapıçısı Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Oblakın xidmətində “Çelsi” maraqlıdır. Mövsümün sonunda 31 yaşlı qapıçıya təklif göndəriləcəyi gözlənilir.

Həmçinin yazıda vurğulanır ki, Madrid təmsilçisi də sloveniyalının satılmasına qarşı deyil.

Cari mövsüm Oblak 50 oyunda 64 qol buraxıb.