Qvardiola “Bavariya”ya qayıtmaqda maraqlı deyil

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bavariya”ya qayıtmaqda maraqlı deyil.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Qeyd olunur ki, Qvardiolanın 2025-ci ilə qədər “Mançester Siti” ilə müqaviləsi var və o, adıçəkilən klubda xoşbəxtdir.

Bundesliqa təmsilçisinin baş məşqçisi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq. Münxen təmsilçisi hazırda baş məşqçi postuna namizədləri nəzərdən keçirir.