“Borussiya” Çempionlar Liqasının finalında!

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

PSJ Fransada Dortmund “Borussiya”sını qəbul edib. Almanlar görüşdə minimal hesablı qələbə qazanıb və adını finala yazdırıb.

Yarımfinalın digər görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

7 may

23:00 PSJ – Borussiya Dortmund 0:1
Qol: M.Hummels,50
İlk oyun 0:1