“Bavariya”nın baş məşqçisi Tomas Tuxel İngiltərədə işləməyi planlayır.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mövsümün sonunda “Bavariya”dan ayrıldıqdan sonra “Mançester Yunayted”də işləmək istəyir.
Mənbənin məlumatına görə Tuxel artıq Premyer Liqa klubu ilə əlaqə saxlayıb. Qarşı tərəfin cavabı isə hələlik məlum deyil.
“Bavariya” Bundesliqada ikinci (72 xal), “Mançester Yunayted” isə Premyer Liqada 57 xalla 8-cidir. “Qırmızı şeytanlar”ın mövsümün sonunda Ten Haqla yolları ayıracağı gözlənilir.