Mourinyo sabiq klubuna qayıtmaq istəyir

Joze Mourinyo “Mançester Yunayted”ə rəhbərlik etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssis klub rəhbərliyinə çatdırıb ki, komandada işləməyə hazırdır.

Portuqaliyalı mütəxəssis 2016-2018-ci illər aralığında “qırmızı-şeytanlar”a rəhbərlik edib. O, bu müddət ərzində  İngiltərə Liqa Kubokunu, ölkə Superkubokunu və Avropa Liqasını qazanıb.

61 yaşlı məşqçinin son iş yeri “Roma” olub.