Kroos karyerasını bitirir?

“Real”ın futbolçusu Toni Kroos mövsümün sonunda karyerasını bitirməyi düşünür.

Futbolpress.az xəbər verir ki, bu barədə “TodoFichajes” nəşri məlumat yayıb.

Qeyd olunub ki, yarımmüdafiəçi klubla yeni müqavilə imzalamayıb və başqa kluba da keçmək istəmir.

Mənbənin məlumatına görə almaniyalı karyerasının bitirməyi ən doğru qərar hesab edir.

34 yaşlı futbolçu bu mövsüm 1 qol, 8 ötürmə ilə yadda qalıb.

2014-cü ildə Madrid klubunda çıxış edən almanın müqaviləsi mövsümün sonunda başa çatır.