“Qarabağ”ın sabiq üzvü milli karyerasını başa vurdu

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Futbolpress.az xəbər verir ki, bu barədə  36 yaşlı qolkiper bu barədə sosial media hesabında məlumat verib.

Səudiyyə Ərəbistanının “Əl-Halic” komandasında çıxış edən Şehiç bunları yazıb:

“Günlərdir nə deyəcəyimi, haradan başlayacağımı düşünürəm. Sevimli formanı geyinmək üçün mənə gələn ilk zəngdən indiyədək inanılmaz 14 il keçib. Atam vətən uğrunda həlak olub. Mən də ölkəmi bu yolla müdafiə etdim. 66 oyunda Bosniya və Herseqovinanın gerbini qürurla üzərimdə daşıdım. Bu yolda məni müşayiət edən hər kəsə – ailəmə, dostlarıma, məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram. Siz məni daha yaxşı insan etdiniz. Çox sağ olun. Milli komandamızın ən yaxşı azarkeşlərinə təşəkkür edirəm. Burada ən gözəl xatirələr, ən böyük sevinc və kədərlər, məni göylərə ucaldan uğurlar, bədənimin hər hüceyrəsində hiss etdiyim məğlubiyyətlər yaşadım. Hər şey üçün təşəkkürlər”.

İbrahim Şehiç 2013-2018-ci illər mövsümündə “Qarabağ”ın şərəfini qoruyub.