“Beşiktaş” həlledici görüşə vəsiqə qazandı

Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

Futbolpress.az xəbər verir ki, mərhələnin cavab oyununda “Beşiktaş” “Ankaragücü”nü qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “qara qartallar” finala yüksəlib.

Komandalar arasında keçirilən ilk matçda hesab açılmamışdı.

Yarımfinalın ikinci qarşılaşmasında isə “Trabzonspor” “Karagümrük”ün qonağı olacaq. İlk oyunda Trabzon təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub etmişdi.