Bu gün:


FutbolPress.Az | AFFA məhkəməyə verilə bilər... (KİÇİK QEYD)

AFFA məhkəməyə verilə bilər... (KİÇİK QEYD)


oxunma sayı: 614 Paylaş:

FutbolPressUEFA-nın tələbiylə AFFA başlatdığı danışılmış oyunların araşdırılması prosesi ciddi nöqsanlarla müşahidə edilir.

UEFA-nın şübhələndiyi epizodlar, məqamlarla bağlı araşdırma aparılması istənilib, ancaq assosiasiya araşdırma kriteriyalarını kobud şəkildə pozub - dindirilmə olmadan əvvəl şübhəlilərin siyahısı açıqlanıb.

Siyahıdkılardan dindirilənlərin açıqlamalarına fikir versəniz, heç biri özünü təqsirkar saymır. Nəinki təqsirkar saymamaq, əgər sübut edilməsə, həmin futbolçular AFFA-nı məhkəməyə verib, şəxsi və peşə nüfuzuna zərər yetirmə üzrə təzminat tələb edə bilərlər.

AFFA-nın gizli saxlamağa çalışdığı, ancaq aşkara çıxardığımız araşdırma komissiyasının üzvləri (Siyahı ilə bu linkdə tanış ola bilərsiz) artıq məlumdur. Onlardan biri – Məşqçilər Komitəsinin üzvü Vaqif Sadıqov bu gün saytımıza açıqlamasında deyib ki, hər şey qaydalara uyun gedir. Elə deyil. Zorla qəbul etdirmək olmaz ki, bunu. Prosesin kökü yanlış qoyuldu. Bunu peşəkar hüquqşünaslar da təsdiq edir.

Sadəcə, məsələ kifayət qədər araşdırılmır, işqlandırılmır deyə, assosiasiya güman edir ki, səhvin cəzası olmayacaq. Bəlkə də futbolçuların şikayət etməyəcəyinə arxayındılar.

Məlum olan isə bir  həqiqətdir: AFFA məhkəməyə verilə bilər.


oxunma sayı: 614 | Paylaş: