Fransada bərabərlik, “Bayer” Romadan qələbə ilə döndü

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Bundesliqada çempionluğu təmin edən “Bayer” bu turnirdə “Roma”nın qonağı olub. Matç almanların qələbəsiylə başa çatıb.

Günün digər matçında isə “Marsel” Fransada “Atalanta” ilə “sülh”ə razılaşıb.

Avropa Liqası, yarımfinal mərhələsi

23:00 Roma (İtaliya) – Bayer (Almaniya) 0:2
Qollar: Virts, 28, R.Endrix, 73

23:00 Marsel (Fransa) – Atalanta (İtaliya) 1:1
Qollar: Mbemba, 20 – Skamakka, 11