“Barselona” İspaniya La Liqasının 36-cı turunda “Almeriya”nı məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, bu, kataloniyalıların qapıçısı Mark-Andre ter Ştegen üçün 411-ci görüş olub. O, oyun sayında klubun sabiq qolkiperi Andoni Subisarretanı (410) keçib və ikinci sıraya yüksəlib.
“Barselona”da ən çox oyun keçirən qapıçı isə Viktor Valdesdir. Sabiq qolkiperin aktivində 535 oyun var.
Ter-Ştegen 2014-cü ildən “Barselona”da forma geyinir. O, bu mövsüm 34 matçda meydana çıxıb.