Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirildi

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, gecənin sürprizi İngiltərədə qeydə alınıb. “Olimpiakos” burada “Aston Villa”nı məğlub edib.

Digər matçda isə “Fiorentina” azarkeşləri önündə “Brügge”yə son dəqiqələrdə vurduğu qolla qalib gəlib.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

23:00 Aston Villa (İngiltərə) – Olimpiakos (Yunanıstan) 2:4
Qollar: O.Vatkins, 45+1, M.Diabi, 52 – A.El Kaabi, 16, 29, 56, S.Hesse, 67

23:00 Fiorentina (İtaliya) – Brügge (Belçika) 3:2
Qollar: R.Sottil, 5, A.Belotti, 37, M.Ntsola, 90+1 – H.Vanaken, 17 (pen.), İ.Tyaqo, 63