Konfrans Liqası: “Fiorentina” finalda

Bu gün UEFA Konfrans Liqasında yarımfinalın cavab oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Fiorentina” klubu Belçikada “Brügge”nin qonağı olub. Komandalar arasındakı ilk görüşdə italyanlar qələbə qazanıb – 3:2.

Yarımfinalın digər görüşü sabah “Olimpiakos” ilə “Aston Villa” arasında keçiriləcək.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

8 may

20:45 Brügge (Belçika) – Fiorentina (İtaliya) 1:1
Qollar: H.Vanaken, 20 – L.Beltran, 85
İlk oyun 2:3