Konfrans Liqası: ikinci finalçı kim olacaq?

Bu gün Konfrans Liqasında finala yüksələn ikinci komanda məlum olacaq.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Komandalar arasındakı ilk oyunda yunanlar qələbə qazanıb – 4:2.

Dünən “Fiorentina” yarımfinalda “Brügge”ni mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

9 may

23:00 Olimpiakos (Yunanıstan) – Aston Villa (İngiltərə)
İlk oyun 4:2