“Çelsi” “Tottenhem”i əliboş yola saldı

Bu gün İngiltərə Premyer Liqasında XXVI turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Çelsi” azarkeşləri önündə “Tottenhem”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Qolları Çaloba və Nikolas Cekson vurub.

“Çelsi” 34 turdan sonra 51 xalla 8-ci sıradadır. “Tottenhem” isə 60 xalla 5-cidir.