“Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişdi (ÖZƏL)

Azərbaycan Premyer Liqasının XXXIII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişib.

“FutbolPress”in əldə etdiyi məlumata görə, görüş “Azərsun Arena”da baş tutacaq. Mayın 4-də keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Daha öncə oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.

“Qarabağ” Premyer Liqada 32 turdan sonra 73 xalla liderdir və çempionluğu təmin edib. “Neftçi” isə 49 xalla üçüncü sırada qərarlaşıb.