Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv turnirin həlledici oyununda son dünya çempionu Rumınya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüblər.