Fatih Terim istefa verdi

“Panatinaikos”un baş məşqçisi  Fatih Terim istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, istefaya əsas səbəb klubun növbəti mövsüm üçün planları ilə türkiyəli mütəxəssisin düşüncələrinin üst-üstə düşməməsidir.

Ötən ilin dekabrından “Panatinaikos”u çalışdıran Terim 26 matçda 14 qələbə, 6 məğlubiyyət və 6 heç-heçə ilə yadda qalıb. Komanda 35 turdan sonra 71 xalla 4-cü sıradadır.