PSJ ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Lukas Hernandes uzun müddətə sıradan çıxıb. Dünən Dortmund “Borussiya”sı ilə Çempionlar Liqası matçında zədələnən müdafiəçi azı 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Lukas zədə səbəbindən Fransa Yığmasının Avro-2024-dəki oyunlarını buraxacaq.