Paşayev: “Reqatada ikinci olmaq qürurvericidir”

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında gümüş medal qazanan Azərbaycan təmsilçisi Nurlan Paşayev jurnalsitlərə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, akademik avarçəkmə növündə 2006-2007 təvəllüdlü idmançıların yarışında medalçılardan olan Paşayev bunları deyib:

“Rekord sayda ölkənin iştirak etdiyi reqatada ikinci olmaq qürurvericidir. Sonlara yaxın tempi artırmalı idim, lakin gücüm çatmadı. Bu səbəbdən birinci ola bilmədim. Ötən ildə bu yarışda iştirak edib üçüncü yerə layiq görülmüşdüm. Məşqçilərimin sayəsində nəticəmi yüksəltdim”.

Turnir mayın 3-də başa çatacaq.