Azərbaycan komandası “Prezident Kuboku 2024″də medal qazandı

Azərbaycan komandası Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb.

Futbolpress.az xəbər verir ki, Qiyas Əhmədov – Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü üçüncü yeri tutub. Onlar  500 metr məsafəyə yarışda bürünc medal qazanıblar.

Bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.A