“Prezident Kuboku 2024”: ikinci günün qalibləri mükafatlandırıldı

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci günün qalibləri mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Kür-Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev, AKAF-ın idman direktoru Rəhman Xanlarov təqdim ediblər.

Bu gün Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl (2008-2009-cü il təvəllüdlü, kayak, 500 metr), Nurlan Paşayev gümüş (2006-2007-ci il təvəllüdlü, akademik avarçəkmə, 1500 metr), Qiyas Əhmədov – Vacib Babayev cütü bürünc (2008-2009 təvəllüdlü, kayak, 500 metr), medal qazanıblar.

Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

“Prezident Kuboku 2024″ə sabah yekun vurulacaq.