Bu gün:


FutbolPress.Az | Albaniya millisinin oyunçusuna şok cəza verilə bilər

Albaniya millisinin oyunçusuna şok cəza verilə bilər


oxunma sayı: 582 Paylaş:

FutbolPressUEFA Albaniya millisinin və "Latsio"nun oyunçusu Lorik Kana 6 ay və daha çox futboldan uzaqlaşdırıla bilər. 

Buna səbəb oyunçunun AVRO - 2016-nın seçmə mərhələsinin III turunda keçirilən Serbiya - Albaniya matçında baş verən qalmaqalda iştirakı və serb azarkeşləri ilə dava etməsidir. 

Futbolçunun özü isə hadisəni belə şərh edib: 

"Mən əlində stul komanda yoldaşlarıma hücum çəkən serb azarkeşini gördüm. Həmkarlarımı qorumaqdan başqa yolum yox idi".

Oyunçunun atası isə qitənin ali futbol qurumunda düzgün qərar gözlədiyini deyib:

UEFA-dan doğru qərar gözləyirik. Lorik yaxşı insandır. O, bütün millətlərə hörmət edir. Oğlumla fəxr edirəm".


oxunma sayı: 582 | Paylaş:



hələlik şərh yazılmayıb...

0 şərh

Şərh yazın