Bu gün:


FutbolPress.Az | Rəmiş Malıyev: "Maksimov Svanadzedən daha sərfəli variantdı"  (MÜSAHİBƏ)

Rəmiş Malıyev: "Maksimov Svanadzedən daha sərfəli variantdı"  (MÜSAHİBƏ)


oxunma sayı: 298 Paylaş:

FutbolPress"Keşlə"ni qayğılandıran əsas məsələlər yoluna qoyulandan -  bazada saxlandıqdan sonra bir problem hələ də qüvvədə qalır. Bu, kluba AFFA tərəfindən ayrılan büdcənin artırılmamasıdır. Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun isə əlavə maliyYə qaynağı tapmadığı aydındı. Belədə baş məşqçi danışıqlarına getmək, ukraynalı Yuri Maksimovu dəvət eləmək nə qədər məntiqəuyğundur? klubun imkanı yaxşı deyilsə, onda Svanadzeni istefaya göndərib əvəzinə bu postu müvəqqəti icra edən Ramiz Məmmədovu saxlamayıb, Maksimovu dəvət eləmək əlavə məsrəf/səmərəsiz qərar deyilmi?

Bu haqda klubun icraçı direktoru Rəmiş Malıyevlə sanışdıqş.

- Yuri Maksimovun Bakıya gələcəyi, müqavilə bağlanacağı haqda xəbərlər yayılıb, ancaq rəsmi məlumat yoxdu. 
- Bəli, doğrudur. Maksimov gələcək və biz müqavilə bağlayacağıq. Rəsmi məlumat da onda veriləcək.

- Danışıqlar yekunlaşıbmı?
- Bəli. Bütün detallara, demək olar, aydınlıq gəririlib. Bircə  münasibətləri rəsmiləşdirmək qalır.

- Oktyabrın sonunda istefaya göndərilən Zaur Svanadzenin postunu müvəqqəti icra edən Ramiz Məmmədov yenidən əvəzedicilərin koordinatoru olacaq?
- Bəli. Ramiz müəllim bu vəzifəni müvəqqəti icra edirdi.

- Komandanın builki əsas hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdır. Buna da ən qısa yol kubokdan keçir. Yarımfinala yüksəlməkdə Məmmədovun əməyi...
- Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Ancaq hər verilən qərar müəyyən bir plana əsaslanır. Məmmədovun çox məsuliyyətli bir işi gördüyünü qeyd etməliyik. Əsas komandanın Yuri Maksimova həvalə edilməsi əvvəlcədən danışılmışdı. Yəni sonradan qondarılan heç nə yoxdur.

- Klubun maliyyəsi artmayıb. Transfer qadağasının müddəti  bitir. Sizə maliyyə daha çox heyəti gücləndirməkçün lazım olacaq. Belə məqamda əcnəbi məşqçiyə ehtiyacın əsası nə oldu?
- Maksimovla may ayına qədər anlaşmışıq. Cəmi 4 ay. Bu müddətdə baxacağıq ki, istənilən dəyişiklik baş verirmi.

- Deməli, bunu eksperimental qərar hesab eləmək olar...
- Düşünülmüş qərar deyərdim. Çünki biz konkret hədəflərimizi bildirmişik. Dəyişiklik hiss edilməsə, zərər niyə olsun...

- Zaur Svanadze və ya Ramiz Məmmədovdan daha ödənişli biri ilə?
- Ramiz müəllimin ödənişi çox az idi. Maksimov Svanadzedən daha sərfəli variantdı. 

- Hansı nəticə onunla müqaviləni yeniləməyə əsas verəcək?
- Qeyd elədiyim kimi, avrokuboklara vəsiqə.

- Əldəki maddi imkanlarla mümkün olacaq?
- Hədəfdə 4 əcnəbi futbolçu var. Danışıqlar gedir. Argentinalı yarımüdafiəçi Pablo Podio ilə danışıqlar demək olar ki, yekunlaşıb. Daha üç nəfərin keçidinə çalışırıq. Və yer boşalsın deyə, hazırkı heyətdən göndərilənlər də olacaq. Hər halda, baş məşqçi rəsmən vəzifəsinin icrasına başalayandan real addımlar atılacaq. Mümkün olub-olmayacağını isə zaman göstərəcək.


oxunma sayı: 298 | Paylaş: