“Premyer Liqada oynamaq istəyirəm” – Qurbanov

“Difai Ağsu” I Liqada 25 turdan sonra 21 xalla 9-cu sıradadır.

Komandanın yarımmüdafiəçisi Bayraməli Qurbanov “FutbolPress“ə açıqlamasında “Difai Ağsu”nun çıxışını dəyərləndirdi:

“Komandada işə yanaşma var. Qış fasiləsindən sonra heyətdə dəyişikliklər olub və daha yaxşı çıxış edirik. Çalışırıq ki baş məşqçinin dediklerini yerinə yetirək. Bunun da bəhrəsini görürük. Bu heyət mövsümün əvvəlindən olsaydı, daha yuxarı sıralarda qərarlaşardıq”.

Yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Araz-Naxçıvan”dakı taleyinin hələ sual altında olduğunu bildirdi. O, qərarını yayda verəcəyini söylədi:

“Son qərar baş məşqçinin (Elmar Baxşıyev) istəyilə olacaq. Üzərimə düşəni edir, daha çox çalışıram. İstəyirəm ki, yeni mövsümə daha yaxşı hazırlaşım. Qayıdanda güvənilir, əsas heyətdə ola biləcək oyunçu olmaq istəyirəm. Məşqçinin inamını qazanmaq üçün əlimdən gələni edəcəm. Düzdür, bəzi təkliflər var, ancaq hər şey “Araz-Naxçıvan”ın mənim haqda verəcəyi qərardan asılı olacaq. Premyer Liqada oynamaq istəyirəm. Necə olacağını görəcəyik”.

Şahin Cəfərov